
Kredit Həyat Sığortası
Kredit Həyat Sığortası sizi kredit götürdüyünüz zaman ölüm və əlillik hallarından sığorta edən həyat sığorta növüdür.
Məlumatlar
- Sığorta növü: Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası.
- Sığortalı/Sığorta olunan: həyatı ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmış kredit müqaviləsi üzrə borc alan fiziki şəxs.
- Faydalanan şəxs: sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs (bank, kredit təşkilatı)
- Sığorta haqqı: sığorta məbləğindən sığorta olunanın yaşına və sığorta müddətinə uyğun olaraq müəyyən edilmiş tariflər əsasında təyin edilir
- Sığorta məbləği: Sığorta hadisəsinin baş verdiyi tarixə sığorta məbləğinin həcmi kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində (kredit müqaviləsinin müddəti sığorta müddətindən çox olarsa, sığorta müddətinə uyğun qaydada hesablanmış) nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq həmin ay üzrə kreditin qalığı həcmində müəyyən edilir
- Sığorta ödənişinin həcmi:
- Sığortalının istənilən səbəbdən ölümü halında – sığorta məbləğinin 100%-i həcmində;
- Əlillik halında müqavilədə nəzərdə tutulmuş qaydaya əsasən; Sığorta müqaviləsində sığorta ödənişinin həcmi ilə bağlı digər şərtlər tətbiq edilə bilər